Milli Məclisin sədri: “Azərbaycan ordusu Kəlbəcərə daxil oldu”

Bu gün şanlı Azərbaycan ordusu Kəlbəcər rayonuna daxil olub.
Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova özünün “Twitter” hesabında paylaşıb.
Paylaşımda qeyd olunub:
“Bu gün şanlı Azərbaycan ordusu 1993-cü ildən bu yana erməni tapdağı altında qalan Kəlbəcər şəhərimizə daxil olub. Yaşasın Ali Baş Komandan, şanlı ordumuz və Azərbaycan!
Bütün xalqımızın gözü aydın olsun, hər birinizi təbrik edirəm!”