“Kəlbəcər rayonu bu gün işğaldan azad olundu” - Prezident

“Əziz həmvətənlər! Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu gün xalqa müraciətində bildirib.
Prezident İlham Əliyev bu münasibətlə bütün Azərbaycan xalqını və kəlbəcərliləri ürəkdən təbrik edib.