Türkiyə Prezidenti: “Artıq Qarabağda Azərbaycan bayrağı dalğalanır”

“Kəlbəcər də işğaldan azad edilib, artıq Qarabağda Azərbaycan bayrağı dalğalanır”.
APA-nın xəbərinə görə, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı deyib.
Türkiyə Prezidenti qeyd edib ki, hamı Dağlıq Qarabağla prosesə dəstək verməli və yeni reallıqlara uyğun addımlar atılmalıdır.