Qonşu ölkədə koronavirusdan rekord sayda ölüm

Rusiyada son bir gündə rekord sayda - 507 koronavirus xəstəsi ölüb.
Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd edilir.
Əvvəlki anti-rekordun qeydə alındığı 24 noyabrda virusdan 491 xəstə həyatını itirib.
Qeyd edək ki, Rusiya 2 162 503 yoluxma sayı ilə ölkələr arasında dördüncü sıradadır.
Ölkədə ümumilikdə 37 538 koronavirus xəstəsinin öldüyü məlumdur.