Abşeronda və Bakının rayonlarında su olmayacaq

Bakının bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə “Azərsu” ASC məlumat yayıb.
Bildirilib ki, Ceyranbatan-Maştağa magistral su xəttinin Goradil dəmiryolu stansiyası ərazisindən keçən hissəsinin köçürülməsi ilə əlaqədar 26-27 noyabr 2020-ci il tarixlərində Abşeron, Binəqədi və Sabunçu rayonlarının bəzi ərazilərinə (əsasən bağ massivlərinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.