Regional müharibə an məsələsidir! – “İran savaşa cəlb edilib”

2020-ci, həqiqətən, bizi çox təəccübləndirdi. Yaxşı, bir təhər koronavirusla barışmalı oluruq. Amma bu azmış kimi, planetdəki müharibə ocaqları da yenidən qızışdı. Azərbaycan düz otuz ildən, sonra torpaqlarını azad etmək uğrunda əks-hücum əməliyyatlarına başladı. Türkiyə ilə Yunanıstan, Pakistanla Hindistan arasındakı toqquşmalar növbəti dəfə gündəmə gəldi. Qəribədir, hər kəs müharibəni pislədiyi halda, heç kim silahlı yerə qoymaq istəmir. Hələ 2020-ci ilin bitmədiyini nəzərə alsaq, deməli, haqlı olaraq həyəcan keçirə bilərik.


 Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəylinin bu barədə “Sherg.az”a dedikləri də göstərir ki, regionda hər an dəhşətli müharibə başlaya bilər. Onun fikrincə, müharibə an məsələsidir: 

“Azərbaycan prezidenti hücum əmrini verməklə, görünür, təkcə daxili və regional əlverişli vəziyyəti qiymətləndirməyib. Eyni zamanda qlobal təhlükəsizliyin çat verdiyini və qısa müddətdə dünyada digər daha böyük müharibələrin başlanacağına dair məlumatları olub. İran qlobal savaşa cəlb edilib. Azərbaycan isə ərazilərini hələ tam azad etməyib.

İndiki halda biz İran məsələsinə daha güclü və optimal cavab verə bilərik.İkinci bir tərəfdən isə Hindistan- Pakistan toqquşması qlobal miqyasda maraqların başqa bir üzüdür. İsrailin İrana məxsus hərbi bazalarını Suriyada darmadağın etməsi də əslində İrana deyil, Rusiyaya qarşı mesajdır. Ötən ay Tehranda Mossadın Hizbullah liderlərindən birini zərərsizləşdirməsi verirdi. Artıq məlum olub ki, ABŞ-ın hazırkı prezidenti Tramp İrana qarşı hərbi əməliyyatlara başlamaqla bağlı düyməyə basa bilər”.

Ə.Əlibəyli, həmçinin Azərbaycanla bağlı məqamlara da toxunub: 

“Vətən savaşı fonunda ölkə başçısı dəfələrlə İranla bağlı müsbət sözlər söylədi.  İranla sərhəd boyunca ərazilər işğaldan azad edildi. Həmçinin cənub qonşumuz rəsmi şəkildə bəyan etdi ki, sərhədlərindən Ermənistana silah göndərilməsinə icazə verməyib. Biz isə öz növbəmizdə sülhü dəstəkləməklə İranın ərazi bütövlüyünə dəstək veririk. 

Güney Azərbaycanda müharibənin yaradacağı təhlükələr- qaçqın axını, silahlı toqquşmalar Azərbaycan Respublikasının ərazisinə və əhalisinin rifahına ciddi zərbə vura bilər. Ona görə dünyanın rifahı Ermənistan qafası ilə düşünənlərdən yox, əməkdaşlıq və ticarətə açıq olanlardan asılıdır.

Bizim qırmızı xəttimiz də budur”!