Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 3 rayonda 19 mənzil və fərdi ev (Lənkəranda 10 mənzil, Sabirabad və Salyanda 9 fərdi ev) həmin kateqoriyalardan olan vətəndaşlara təqdim olunub.
Nazirlikdən Lent.az -a verilən məlumata görə, evlərin təqdim olunması mərasimində bildirilib ki, 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə 626, ötən il bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib. 2020-ci ildə isə rekord həcmdə - azı 1500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi işləri aparılır. Onlardan artıq böyük əksəriyyəti təqdim edilib.
Ümumilikdə ötən dövrdə 8423 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.
Qeyd olunub ki, dövlət başçısının tapşırığına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şəhid olmuş insanların ailələrinə, müharibə əlillərinə dəstəyin göstərilməsi, həmçinin onlara mənzillərin, evlərin verilməsi üçün də müvafiq işləri aparacaq.