Türk professor: “Rəsmi Paris tərəfsizliyini itirib” - Manevr edir !

“Qəbul edilən bu qərar Ermənistana açıq-aydın dəstək verməkdir”

“Türkiyə və Azərbaycan BMT qərarlarını əsas götürərək birbaşa həmin quruma müraciət etməlidir”

ATƏT-in Minsk qrupunun üzvlərindən biri olan Fransa hər ötən gün “rekord”unu yeniləyir. Bu dəfə də “Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınmasına” dair 145 saylı layihəy parlamentdə müzakirəyə çıxarılıb və qəbul edilib. Əlbəttə, əvvəlki həmlələr kimi bu da təxribat xarakterlidir. 
Qərarı şərh edən İstanbul universitetinin professoru, beynəlxalq məsələlər üzrə mütəxəssis Yaşar Onay bu barədə “Sherg.az”a açıqlamasında adekvat cavabın necə olmasını izah edib: 

“BMT qətnamələrinə görə, Dağlıq Qarabağ Azərbaycan ərazisidir.

Fransa ATƏT-in Minsk qrupunun üzvlərindən biri kimi bunu bilir. Amma manevr edir. Odur ki, rəsmi Paris tərəfsizliyini itirib. Qəbul edilən bu qərar Ermənistana açıq-aydın dəstək verməkdir. 

İki qardaş dövlət - Türkiyə və Azərbaycan BMT qərarlarını əsas götürərək məsələnin diplomatik həllinə çalışmalı və birbaşa həmin quruma müraciət etməlidir”.