Braziliyada bir gündə 700-dək insan koronavirusdan ölüb

Braziliyada son sutka ərzində daha 37 614 nəfərin koronavirus infeksiyasına yoluxması, 691 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.
APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 6 204 220 nəfər yoluxub. Bu müddət ərzində 171 460 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 5 528 599 xəstə müalicə olunaraq sağalıb.