Lukaşenko pandemiyadan bəri ilk dəfə maska taxdı

Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə koronavirus xəstələrinin yatdığı xəstəxanada “Qırmızı zonanı” ziyarət edib.
Tut.by bununla bağlı kadrlar yayımlayıb.
Bildirilib ki, pandemiya dövründən bəri Lukaşenko ilk dəfədir ki, ictimaiyyət arasına maskalı çıxıb.
Palataları gəzən dövlət başçısı həkimlərlə söhbət edib, onların işini yüksək qiymətləndirdiyini vurğulayıb.
“Onlar böyük iş görürlər. Əgər bir insan “qırmızı zonada” işləyirsə, qoy elə o da (yüksək maaş) alsın”, - deyə prezident vurğulayıb.