Daha 3 COVID-19 xəstəsi evdən çıxdı 

Ağcabədidə daha 3 COVID-19 xəstəsi barədə qanunamüvafiq tədbirlər görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Sherg.az"a verilən məlumata görə, COVİD-19 xəstələri kimi qeydiyyatda olan rayon sakinləri - E.Vəlili, F. Bəşirov və F. Məmmədovun yaşadıqları evləri tərk edərək karantin qaydalarını kobud şəkildə pozduqları müəyyən edilib. Həmin şəxslər müəyyən edildikləri ərazidən polis əməkdaşlarının müşayiəti ilə müalicə aldıqları ünvanlara aparılıblar.

Hazırda Ağcabədi rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.