Koronavirusa qarşı gərəksiz yerə antibiotikdən istifadə edilməməlidir -  Pərviz Axundov


“Koronavirus və digər virus infeksiyalarında gərəksiz yerə antibiotik istifadəsi hallarına rast gəlinir”.

Bu sözləri Sherg.az-a həkim Pərviz Axundov deyib. O bildirib ki, həkim məsləhəti olmadan onun istifadəsi qadağandır:

“Onlar gözlənilməz və ağır yan təsirlərin meydana çıxmasına səbəb ola bilər. Vücudda olan faydalı bakteriyaların məhvinə, bəzən onların yerini zərərli bakteriyaların tutmasına gətirib çıxarır. CDC-nin məlumatına görə, antibiotiklərin istifadəsi 50 faizədək hallarda əsassızdır. Antibiotiklərə rezistentlik səbəbi ilə hər il on minlərlə insanın ölür. Həkimə gedərkən antibiotik təyini üçün israr edilməməlidir, təyin edilibsə nə məqsədlə təyin edildiyin öyrənilməlidir. İnsanlar apteklərdən özbaşına antibiotik almamalı və təyin edilən antibiotiklər başqasına məsləhət görülməməlidir”.