Kəlbəcərdə hər il 50 mindən artıq insan müalicə alırdı 


 Kəlbəcər təkcə filiz və ya qeyri-filiz yataqları ilə deyil, həm də termomineral suları ilə zəngindir. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

Xəzər TV-nin "Birinci Studiya" verilişinin qonağı olan Ə.Əliyev deyib ki, Kəlbəcərdə "İstisu" və "Tutqun" termal-mineral iri su hövzələri mövcuddur. Onun sözlərinə görə, bu hövzələrin hər birində 4 yataq var: "Bu yataqların gündəlik debiti 3080 kubmetr təşkil edir. Burada ötən əsrin 80-ci illərində 800 min litr termal su bağlanırdı. Eyni zamanda "İstisu" kurort-sanatoriya kompleksi fəaliyyət göstərirdi".

O deyib ki, Kəlbəcərdə bir ildə 50 mindən artıq insan müalicə alıb, şəfa tapırdılar.