Əfqanıstandakı partlayış nəticəsində ölənlərin sayı 34-ə çatıb - YENİLƏNİB


Əfqanıstanın Qazni şəhərində baş verən partlayış nəticəsində ölənlərin sayı 34-ə çatıb.  

APA bildirir ki, bu barədə “Ariana News” agentliyi yerli hökumət orqanlarına istinadən  xəbər verir.

Qeyd edək ki, partlayıcı ilə dolu avtomobil Əfqanıstanın silahlı qüvvələri bazasının yaxınlığında partladılıb. Öldürülənlərin əksəriyyətinin hərbiçi olduğu qeyd olunur.

Əvvəlcə, hadisə zamanı 20 nəfərin öldürüldüyü bildirilirdi. 

Saat 13:30
 
Əfqanıstanın Qazni şəhərində baş verən partlayış nəticəsində 20-dən çox insanın öldüyü bildirilir.

APA bildirir ki, bu barədə “Ariana News” agentliyi xəbər verir.

Məlumata görə, partlayıcı ilə dolu avtomobil Əfqan silahlı qüvvələri bazasının yaxınlığında partladılıb.

Öldürülənlərin əksəriyyətinin hərbiçi olduğu qeyd olunur.

Onu da qeyd edək ki, ötən həftə Kabil şəhərində əldəqayırma partlayıcı qurğunun partladılması nəticəsində bir əfqan zabiti ölüb, üçü isə yaralanıb.