Azərbaycanlı iş adamının 453 milyonluq boşanma davası başlayır


2017-ci ildə Tatyana Əhmədova adlı xanım həyat yoldaşı, Azərbaycan əsilli rus iş adamı Fərhad Əhmədovu məhkəməyə verərək ondan boşanıb. Məhkəmə təzminat olaraq biznesmenin xanımına 453 milyon funt-sterlinq ödəməsi haqqında qərar qəbul edib.

 Axşam.az xəbər verir ki, bu həftə Londonda baş tutacaq məhkəmədə Tatyana iş adamının 1,4 milyard funt-sterlinq dəyərində var-dövləti olduğunu, onu oğlunun adına keçirdiyi və ondan gizlətdiyi haqqında məhkəməyə şikayət ərizəsi təqdim edib.

Fərhad Əhmədovun oğlu Timur Əhmədov isə verdiyi açıqlamalardan birində anasından heç bir var-dövlət gizlədilmədiyini, belə sözlər dediyi üçün onu heç vaxt bağışlamayacağını söyləyib.