Melania Tramp kitab çıxarır

ABŞ-ın keçmiş prezidenti Donald Trampın həyat yoldaşı Melania Tramp yeni kitab çıxaracaq.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, First Lady kitabında Ağ Evdə yaşadığı günlərini qələmə alacaq.

Bəzi informasiya agentliklərinn yaydığı məlumata əsasən, Melania kitabın ərsəyə gəlməsi üçün bir neçə şirkət rəhbəri ilə görüşüb. Onun yazacağı yeni kitabdan külli miqdarda pul qazanacağı bildirilir. Kitabın daha sonra ekranlaşdırılacağı haqqında şayiələr də yayılıb.