Azərbaycanlı model Avropanın ən gözəl qızı seçildi



 Azərbaycanlı model Emiliya Həmidova beynəlxalq Miss Universe-2020 (“Miss Kainat”) gözəllik yarışının qaliblərindən olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, Moskvada keçirilən müsabiqədə Həmidova “Miss Avropa” seçilib.  

Layihədə müxtəlif ölkələrdən qızlar iştirak ediblər. Qalibləri sms səsvermə və münsiflər heyətinin qiymətləndirilməsi ilə seçiblər. Mükafatlandırma mərasimi Vegas City Hall-da keçirilib, ötən illərin iştirakçıları da mərasimə qatılıblar.

Həmidova Bakıda doğulub-böyüyüb. Kiçik yaşlarından özü pul qazanmaq həvəsində olub və buna nail olub. 14 yaşından etibarən Həmidova model biznesində işləməyə başlayıb, bir çox layihələrdə iştirak edib. O, Moskva Dövlət Mədəniyyət İnstitutunun aktyorluq fakültəsinin dördüncü kursunda təhsil alır. Model biznesində fəaliyyəti ilə yanaşı, həmçinin Rusiya serial və filmlərində də çəkilir.