Qorxunc statistika: 18 milyondan çox koronavirus xəstəsi müalicə alır

Dünya üzrə koronavirusa görə, müalicədə olanların sayı 18 milyonu keçib.
"Sherg.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda dünyada virusa yoluxanların sayı 63, müalicədə olanların sayı 18 milyonu keçib.
Virusa yoluxanların sayına görə ABŞ birinci, Hindistan ikinci yerdədir.
Daha sonra Braziliya, Rusiya, Fransa, İspaniya və İngiltərə kimi ölkələrin adı gəlir. İtaliya, Argentina, Kolumbiya və Meksika kimi ölkələr də siyahıda sonrakı yerləri tutur.