Pənah xan türbəsi və inək saxlanan məscid - FOTO

Ermənilər 27 il işğal altında saxladıqları Ağdamda tarixi abidələrimizə və məscidlərimizə qarşı görünməmiş barbarlıq edib.
"Sherg.az"ın məlumatına görə, erməni işğalçıları Ağdamda yerləşən Pənah xan türbəsini müdafiə məqsədli istehkam kimi istifadə edirmiş. Türbə və ətrafdakı tikililər tamamilə məhv edilib.
Bundan əlavə, düşmənlərin rayonun Qiyaslı kəndindəki 18-ci əsrə aid məsciddə inək saxladığı müəyyən olunub. Belə ki, rayon işğaldan azad olunandan sonra məscidin içərisi inək peyini ilə dolu olub. Məscidin fotolarını dünya şöhrətli Azərbaycan əsilli fotoqraf Rza Diqqəti lentə alıb.