İranda bir sutkada koronavirusdan 371 nəfər ölüb

İranda ötən sutka ərzində 371 nəfər koronavirusdan (COVID 19) ölüb.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 48 264 nəfərə çatıb.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 13 321 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 962 070 nəfərə yüksəlib.