Ter-Petrosyan Paşinyanı ümummilli bəla adlandırdı

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ölkəsinin hazırkı Baş naziri Nikol Paşinyanı ümummilli bəla adlandırıb.
Bunu Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan öz “Facebook” səhifəsində yazıb.
“Prezident Ter-Petrosyan milləti məhvə aparan bu ümummilli bəlanın dediklərini şərh etməyi mənasız hesab edir. Qoy nə istəyir danışsın. Onsuz da onun bəraət qazanmağa şansı yoxdur. Erməni xalqı onu heç vaxt bağışlamayacaq”, - deyə A.Musinyan sabiq dövlət başçısının adından yazıb.