Ermənistanda koronavirusdan daha 29 nəfər öldü

Ermənistanda son sutka ərzində 843 nəfər yeni növ koronavirusa yoluxub.
APA “Sputnik”ə istinadən xəbər verir ki, bununla ölkədə COVID-19-a yoluxanların sayı 135124 nəfərə çatıb.
Ötən sutka 29 nəfər bu xəstəlikdən ölüb. Ölkə üzrə indiyədək koronavirusdan ölənlərin sayı 2193 nəfərdir.