Evdən çıxan daha iki koronavirus xəstəsi saxlanıldı


Şabranda iki koronavirus xəstəsi yaşayış yerini tərk edib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan "Sherg.az"a verilən məlumata görə, Şabran rayon sakinləri İ.Əliyevə və A.Tacıyevə COVID-19 virusuna yoluxduqları üçün ev şəraitində müalicə təyin edilib.

Lakin hər iki şəxs qaydalara əməl etməyərək yaşadıqları evi tərk edib və virusun yayılmasına şərait yaradıblar.

Polis əməkdaşları onların olduqları yerlər müəyyənləşdirib və dərhal yaşadıqları ünvanlara geri qaytarılıblar.

Faktlarla əlaqədar İ.Əliyev və A.Tacıyev barəsində Şabran rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.