Lavrov: “Rusiya ABŞ-ın istənilən administrasiyası ilə işləməyə hazırdır”


Rusiya gələcək ABŞ administrasiyası ilə qarşılıqlı hörmət prinsiplərinə uyğun işləyəcək.

Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Kazinform”a verdiyi müsahibəsində deyib.

“Prezident Vladimir Putinin dediyi kimi, bütün bunları təhlil edirik, Amerika xalqının istənilən qərarını qəbul edəcəyik və istənilən administrasiya ilə işləyəcəyik. Əlbəttə, yalnız dürüstlük, qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsipləri əsasında”, - deyə Lavrov bildirib.

O, Vaşinqtonun “nəhayət digər beynəlxalq oyunçuların qanuni maraqları ilə hesablaşmağa başlayacağına” ümid etdiyini də vurğulayıb.