Səbail Rayon Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
APA-nın məlumatına görə, hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.
Qərara əsasən, Vilyam Hacıyev barəsində həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.