LAÇIN SEVİNCİ ! - VİDEOREPORTAJ

Bu gün Laçın rayonu 28 illik işğaldan  sonra düşmən tapdağından azad olundu. 
Noyabrın 10-da Azərbaycan Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı üçtərəfli bəyanata əsasən, Ağdam,Kəlbəcər və Laçın rayonları qeyd-şərtsiz Azərbaycana qaytarılmalı idi. Nəhayət, o gün gəldi. Laçın rayonunun da Azərbaycana qaytarılması ilə ölkəmizin ərazi bütövlüyü tamamilə bərpa edildi.  Azərbaycan xalqı bu gün qələbə sevincini yaşayır. 

Bu münasibətlə "Sherg.az" olaraq şəhər sakinlərinin, o cümlədən Laçından olan insanların fikirlərini öyrənmək məqsədilə şəhərə yollandıq. Uşaqdan-böyüyə hamı çox sevincli və qürurlu anlar yaşayırdı. Şəhər sözün əsl mənasında "qaynayır"dı.

Təbiət də sanki insanları görüb sevinc gözyaşı tökür, göydən yerə nur ələyirdi.

Bu möhtəşəm anları və öz  sevinclərini bizimlə bölüşən həmvətənlərimizi sizə təqdim edirik. 


Hazırladı: Aytac Ali, Ağarza Elçinoğlu