Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.
Bildirilib ki, nazirlər telefon danışığında Dağlıq Qarabağla bağlı və son proseslər ətrafında fikir mübadiləsi aparıblar.