Moskvada koronavirusdan ölənlərin sayı 9 mini keçdi

Moskvada son sutka ərzində koronavirusdan 75 nəfər dünyasını dəyişib.
APA RİA Novostiy-ə istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.

Bununla da Rusiya paytaxtında yeni növ virusdan ölənlərin sayı 9053 nəfərə çatıb.

Qeyd edək ki, ötən gün Moskvada ölüm sayı 76 olub.