Tayson iki aydan bir rinqə çıxmaq istəyir

Amerikalı ağır çəkili boksçu Mayk Tayson hər iki aydan bir döyüşmək istədiyini bildirib.
Bu barədə “MMA Fighting” xəbər yayıb.

İdmançının sözlərinə görə, əvvəllər ildə 15 dəfə rinqə çıxıb, indi də bu rəqəmə yaxınlaşmaq istəyir, ancaq öz imkanlarını da düzgün qiymətləndirir.

Tayson həmçinin insanların onu yenidən kök və narkotik asılısı kimi çağırmasını istəmədiyini vurğulayıb.

Qeyd edək ki, noyabrın 29-da Tayson həmyerlisi Roy Consla qarşılaşıb. Onların döyüşü heç-heçə bitib. Hər iki idmançı nəticələrdən narazı qalıb. Onlar təkrar döyüşmək istədiklərini bildiriblər.