Maradonanın göndərdiyi SON MESAJ

Mediaya noyabrın 25-də ürək çatışmazlığı və ağciyər problemindən vəfat edən əfsanəvi argentinalı futbolçu 60 yaşlı Diego Maradonanın son səsli mesajı gəlib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Maradona son mesajını Dieqonun keçmiş arvadı Veronika Oxedanın sevgilisi olan Mario Bodriyə göndərib. Xatırladaq ki, Oxeda ilə futbol əfsanəsinin ortaq bir oğlu - yeddi yaşlı Diego Fernando var.

Maradonanın son mesajı belə olub:

“Salam, Mario. Bu Dieqodur. Bəlkə bu sözləri inanılmaz qarşılayacaqsınız, amma Veronikanın yaxşı olduğunu görürəm. Mənə dedi ki, siz indi bir yerdəsiniz. Ona və tayı-bərabəri olmayan mələyim Dieqoya baxın. Çox oğlum var, amma son ağ saçlarımdan o məni qurtaracaq”.