Gürcüstanda koronavirusdan sutkalıq ölüm sayı 45 nəfərə çatdı

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 260 yoluxma halı qeydə alınıb, 45 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 147 636 nəfərə, ölənlərin sayı isə 1 387 nəfərə çatıb.
Virusa yoluxanlardan 124 568 nəfərin sağaldığı bildirilir.