Azərbaycan nefti 49 dollara qədər bahalaşıb

Azərbaycan nefti bahalaşıb.
“Azeri Light” markalı neftin bir bareli 1,03 faiz və ya 0,50 ABŞ dolları qədər bahalaşıb.
Nəticədə, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 48,88 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum - 149,66 dollara satılıb.