İki koronavirus xəstəsi müalicə aldığı yeri tərk etdi

Ucarda müalicə aldıqları ünvanı tərk edən 2 COVID-19 xəstəsi müəyyən edilib.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan "Sherg.az"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində koronavirus pandemiyasına yoluxmuş və karantin qaydalarına zidd davranaraq müalicə aldıqları ünvanı tərk etmiş 2 rayon sakini – M. Məmmədov və B. Babayev müəyyən edilib. Həmin şəxslər rayonun müxtəlif yerlərində aşkar olunaraq müalicə aldıqları ünvanlara geri qaytarılıblar. Onlarla bir daha profilaktiki səpkidə söhbətlər aparılaraq koronavirus pandemiyasının bəşəri bəla olduğunu, bütün dünyanın bu bəladan əziyyət çəkdiyi deyilib.

Faktla bağlı Ucar rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.