Keçi südündən koronavirus dərmanı hazırlanacaq

Türkiyə alimləri keçi südü ilə bağlı araşdırma aparıb və bu heyvanın südünün koronavirusa qarşı təsirli olduğunu aşkarlayıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, virusa qarşı təsir göstərən keçi südündən tapılan bir proteindir.

Aparılan araşdırmaya görə, həmin proteindən əldə olunan bioaktiv peptit birləşməsi ağciyər hüceyrələrinin üst qatını tutaraq virusun ora daxil olmasının qarşısını alır.

Alimlər bildirib ki, koronavirusdan qorunmaq üçün keçinin südünü içmək kifayət eləmir: "Keçi südünü içməklə koronavirusdan qorunmaq olmaz.

Südün içində olan proteindəki inaktiv maddələri aktiv hala gətirərək yaxşı nəticə ala bilərik. Bu işlər laboratoriya şəraitində aparılmalıdır. Bunun üzərində tədqiqatlar aparılacaq".