MN: Vətən müharibəsində həlak olan hərbçilər barədə məlumat ictimaiyyətə açıqlanacaq

Vətən müharibəsində həlak olan hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar ölkə ictimaiyyətinə təqdim olunacaq.
"Sherg,az"ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət komissiya bu istiqamətdə fəaliyyət göstərir.