Şəkidə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi barədə araşdırmalara başlanıldı

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı evi tərk etdiyi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, koronavirus infeksiyasının daşıyıcısı olan şəhər sakini Səbuhi Əlizadəyə ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, o, yaşadığı ünvanı tərk edib. S.Əlizadə şəhər ərazisində hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılıb və dərhal yaşadığı ünvana geri qaytarılıb.
Həmin şəxs barəsində Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.