İranda virus kabusu: Yoluxanların sayı bir milyonu keçdi

İranda koronavirusa yoluxma hallarının sayı 1 003 494 nəfərə çatıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sədat Lari IRINN telekanalına deyib.
Bütün pandemiya dövründə qurbanların sayı 49 348 nəfərdir.

699 315 nəfər isə xəstəlikdən sağalıb.

Larinin sözlərinə görə, son bir gündə respublikada 13922 yeni COVID-19 hadisəsi aşkar edilib, 358 ölüm qeydə alınıb.

İran Səhiyyə Nazirliyinin rəhbəri Səid Nəmaki ölkədə koronavirusdan ölənlərin sayının azalmasının müşahidə olunduğunu, ancaq bunun koronavirus ilə vəziyyətin normallaşması kimi qəbul edilə bilməyəcəyini deyib.

İranda COVID-19-la bağlı dəfələrlə anti-rekord qeydə alınıb. Ölkədə sentyabr ayında baş verən 3,5 min yoluxma hadisəsi noyabrın ortalarında 13 mindən çox yoluxmaya qədər artıb.