Hacı Nuran koronavirusa yoluxdu

Məşhur teleaparıcı Hacı Nuran koronavirusa yoluxub.
Bu barədə o, öz “Instagram” səhifəsində yazıb.
Hacı Nuran bildirib ki, nə qədər qorunmağa çalışsa da, virusdan qaça bilməyib.
Qeyd edək ki, Hacı Nuran Hüseynov uzun müddətdir ki xərçəng xəstəliyindən əziyyət çəkir. O, bir neçə ildir ki, müalicəsini həm Bakıda, həm də Almaniyada davam etdirir.