ÜST immun pasportlarının əleyhinədir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əhalinin kütləvi peyvənd edilməsindən sonra peyvənd olunanlara immun pasportları verilməsinə qarşıdır.

“RİA Novosti” xəbər verir ki, bu barədə Avropa Səhiyyə Təşkilatının fövqəladə hallar üzrə baş mütəxəssisi Katerin Smoulvud bu gün keçirilən brifinqdə bildirib.
“Hazırda ÜST-ün tövsiyələri dəyişməyib, virusun sərhədlərdən keçməsinin qarşısını almaq üçün bir tədbir olaraq immunitet pasportlarının tətbiq edilməsini də tövsiyə etmirik (hava limanlarında - red.)”.

Eyni zamanda, insanların COVID-19-a qarşı kütləvi peyvəndini izləmək üçün ÜST hazırda mövcud olan və dünyadakı virus infeksiyalarını göstərən interaktiv onlayn xəritə yaratmaq niyyətindədir.