Heydər məscidində Vətən müharibəsi şəhidləri anılıb - Vəhdət namazı qılınıb

Bu gün Heydər məscidində Vətən müharibəsi şəhidləri anılıb, Vəhdət namazı qılınıb.
APA-nın məlumatına görə, mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iştirak edib.
Vəhdət namazı A.Paşazadənin rəhbərliyi ilə qılınıb.
Mərasimdə şəhidlərin ruhuna xütbələr oxunub, xatirələri ehtiramla yad edilib.