Son qərar ! - "Qarabağa status verilməyəcək” – Məsələ bitib ! 

“Düşmən anlaşmanı pozmağa cəhd edərsə, məsuliyyət Rusiyanın üzərinə düşür”

“Hərbi əməliyyatların yenidən başlanması isə Ermənistanın süqutu ola bilər”

“Bunu da nə Ermənistan, nə də Rusiya arzu edir”


Ermənilərin xislətləri hamıya məlumdur. Onlar ilan kimi sürünəndə də öz zəhərlərinə ümid edirlər. Dövlətin müxtəlif rəsmi şəxslərinin ard-arda açıqlamaları göstərir ki, düşmən məğlubiyyətlə barışmaq istəmir. Yeni xarici işlər naziri Ara Ayvazyan da vəzifəyə gəldiyi andan etibarən “dil boğaza qoymur”.  Bəyanatlarla nə etməyə çalışır özü də bilmir. Hər halda göz qoxratmaq vaxtı geridə qalıb.

Siyasi analitik Rusif Məmmədsoy rəsmi İrəvanın başadüşülməz ritorikasına dair fikirlərini “Sherg.az”la bölüşüb. O, status-kvonun arxivə getdiyini deyib: 



“Ermənistan tərəfi ard-arda sərsəm açıqlamalar verir. Başda yeni xarici işlər naziri Ara Ayvazyan olmaqla digər siyasi simalar Dağlıq Qarabağda status məsələsinin gündəmə gətirilməsini və status verilməsini tələb edirlər. Deyilir ki, Azərbaycan tərəfi indi Madrid prinsiplərinə əməl edərək Dağlıq Qarabağa status verməlidir.

Əvvəla, heç bir anlaşma, prinsip, danışıq, mərhələli həll planı, Madrid prinsipləri yoxdur. Bu şansı çoxdan itirdilər. Əgər öz xoşlarıyla torpaqlarımızdan çıxsaydılar o zaman müzakirə predmeti ola bilərdi. Lakin, biz bütün bunları şəhidlərimizin qanı, canı bahasına əldə etmişik. Hər hansı statusdan söhbət belə gedə bilməz.

Ölkə başçısı da dəfələrlə bunu qabardaraq deyir ki, status yoxdur, cəhənnəmə getdi!  Bunu belə qəti şəkildə deyiriksə, deməli, imzalanan üçtərəfli anlaşmada məsələyə xüsusi diqqət yetirilib. Erməni tərəfi hər hansı təxribata, anlaşmanı pozmağa cəhd edərsə, bu zaman məsuliyyət birbaşa Rusiyanın üzərinə düşür. Bu, birmənalıdır. Status olmamalıdır”!

 R.Məmmədsoyun fikrincə, hərbi əməliyyatların yenidən başlanması Ermənistanın süqutu ola bilər: 

“Ara Ayvazyanın digər açıqlaması daha çox diqqət çəkir. O, deyib ki, Azərbaycan tərəfi münaqişənin bitdiyini zənn edir. Amma bu münaqişə hələ bitməyib. Bu o zaman bitəcək ki, 150 min erməniyə Dağlıq Qarabağda status veriləcək.

“Açar söz” münaqişənin hələ bitməyidir. Sual yaranır: nəyə və kimə güvənirsiniz? Münaqişə bitmişdir! Özü də bunu təsdiqlədi. Darmadağın edildilər. Bu sondur! Hesab edirəm, Paşinyan hökuməti bununla Rusiyaya ultimatum göndərir. Ermənistanda vəziyyət çox gərgindir. Ölkə xaosa sürüklənir.

Vətəndaş müharibəsi an məsələsidir. Qarabağdan gələn ermənilər İrəvanda özlərinə aid olmayan evlərə girir, yaşayır və çıxmaq istəmirlər. Bu da böyük narazılıqlara səbəb olur. Bu mənada Ermənistan hökumətinin problemin altından qalxacağı inandırıcı görünmür- nə siyasi iradə, nə də iqtisadi potensialına görə.

Məlumdur ki, Dağlıq Qarabağ öz varlığını erməni lobbisinin, xaricdə yaşayan varlı ermənilərin sayəsində davam etdirirdi. Bu mənada hazırkı hökumət Putinə buna bir əncam çəkməli olduğunu bildirir.

Siyasi meydanda çoxlu “xallar” itirən erməni hökuməti müxalifətin böyük təzyiqi ilə üz-üzədir. İctimai rəy də demək olar ki, bütünlükdə onların əleyhinədir.

Bundan əlavə trol fabrikinin aşkar edilməsi də Paşinyana baha başa gələcək. Olan -qalan inamı da yerlə -yeksan edəcək. Bununla da bir növ erməni cəmiyyətinə müraciət edirlər.

Eynilə savaş zamanı etdikləri kimi. Yenə yalanlar, təxribatlar və s. Bəs indi erməni cəmiyyəti yenidən onlara inanacaqmı? Bu, çətin sualdır. İnanmamalıdır! Hər halda qeyd etdiyim kimi, bu məsələdə məsuliyyət birbaşa rəsmi-Moskvanın üzərindədir.

Əks halda yenidən hərbi əməliyyatlar qaçılmazdır. Ancaq bunu nə erməni tərəfi, nə də Rusiya arzu edəcək. Erməni hökuməti ağlını başına toplamalıdır. Yoxsa, bu böhranın altından çıxa bilməyəcək. Zəngəzur, Mehri və.s isə artıq xəyal olmayacaq!”.