Ağdamdan “Şərq”ə əsgər salamı... - VİDEO

Azərbaycanın igid hərbçiləri qələbəni bayram edirlər. Özü də cəbhədə. Onlar çəkdikləri videolarda doğmalarına, əzizlərinə salam göndərir, hər şeyin qaydasında olduğunu deyirlər. 

Əsgərlərimiz – Abbasov Elvin, Bağırov Zaur, Xankişiyev Təbriz, Copsiyev Ramazan, Əlizadə Elxan, Əzimov İlkin, Sarıyev Natiq, Talıbov Eltun, Süleymanlı Sarı, Nəbiyev Cəmil , Saddedinov Orxan “Şərq” qəzetini də unutmayıblar.


Ağdamda çəkilən videoda oğullarımız xalqımıza və kollektivimizə salam göndərir, reallaşdırdıqları “Qarabağ Azərbaycandır!” şüarını səsləndirirlər.