Fransanın cəhdləri iflasa uğradı !


Fransanın Avropa və Xarici İşlər naziri Jan İv Lö Drian bu gün ölkə hökumətinin Milli Assambleyasında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına dair qətnaməsinə münasibətini açıqlayıb. Nazir qondarma rejimin müstəqilliyinin tanınmayacağını qeyd edib. “Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq”, - deyə Jan İv Lö Drian Milli Assambleyada qondarma Dağlıq Qarabağ Respublikasının tanınmasına dair qətnamənin müzakirəsi zamanı vurğulayıb.
Jan İv Lö Drian qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması fikri ilə razı olmadığını bildirib. O, vurğulayıb ki, erməni dostlarının özləri də bunu istəmirlər.
Nazir belə bir qərarın qəbul ediləcəyi təqdirdə Fransanın Minsk qrupunun həmsədrliyindən getməli olacağını deyib.
“Bu da bizim vasitəçi rolumuzdan imtina etməyimiz deməkdir”, - nazir əlavə edib.



Deməli, həqiqətən, yalan ayaq tutsa da yerimir. Politoloq Tofiq Abbasov bu barədə “Sherg.az”a açıqlamasında bildirib ki, artıq bütün qüvvələr Azərbaycan həqiqətləri qarşısında acizdir:

“ “Ölünü diriltmək” üçün müxtəlif cəhdlər edildi. Amma, necə deyərlər, bu addımların yeri yoxdur. Köhnə mövzu ətrafında yeni müzakirə açmaq əbəsdir. Jan İv Lö Drian olduqca bacarıqlı siyasətçidir.

O, yaxşı başa düşür ki, məsələ artıq həll olunub. Bildiyiniz kimi, dekabrın 10-da qələbə paradı keçiriləcək. Beləliklə, biz qələbəmizi bütün dünyaya nümayiş etdirəcəyik.

Azərbaycanı tutduğu haqq yolundan heç bir qüvvə durdura bilməz. Yəni qərəzli dairələrin cəhdləri iflasa uğradı. Və dediyim kimi, bütün dünya Azərbaycanın zəfərini gördü.

Əgər kimsə buna şübhə etsə, yenə də Azərbaycanın gücü ilə rastlaşacaq”.