Marseldə yaşayan hayların sayı Qarabağdakından xeyli çoxdur

 "Rusiya prezidentinin sözçüsü Dmitri Peskov növbəti dəfə Kremlin mövqeyini səsləndirərək bildirib ki, Qarabağ Azərbaycan torpağıdır".

Bu barədə millət vəkili Sahib Alıyev Feysbuk səhifəsində yazıb.

Deputat bildirib ki, "RİA Novosti" agentliyinə verdiyi açıqlamada Peskov ölkəsinin bu mövqeyinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsindən qaynaqlandığını vurğulayıb:

"Bir sözlə, Azərbaycanın torpaq bütünlüyü ilə bağlı bizim  həmsədr ölkələrdən neçə illərdir tələb etdiyimiz, amma eşitmədiyimiz sözləri Rusiya rəhbərliyi artıq açıq və aydın şəkildə dilə gətirir. Bunun isə iki səbəbi var ki, onlardan biri bu gün böyük sayğı və minnətdarlıq hissiylə andığımız şəhidlərimiz başda olmaqla ordumuzun cəbhədə qazandığı qələbədir. Digər səbəb isə Ali Baş Komandanımız cənab İlham Əliyevin savaşı nə vaxt başlatmaq, harada, haçan dayandırmaq lazım gəldiyini həm düzgün, həm də dəqiq müəyyənləşdirməklə cəbhədəki qələbəni diplomatik müstəvidə də təsbit və təsdiq etdirməyi bacarmasıdır. Hələlik bu reallıqla razılşamaq istəməynlər, hayların ikinci dövlət xülyasını dəstəkləyənlər də var ki, cənab Prezident onlara da həmin "dövləti"n  harada qurulmalı olduğunu göstərib - Fransanın Marsel şəhəri. 
Qarabağda yaranmış yeni reallıqla barışmaq istəməyənlərə Türkiyə Prezidenti cənab Ərdoğan da Marseli haylara verməyi məsləhət gördü".

Parlament üzvü xatırladıb ki, Marseldə yaşayan hayların sayı Qarabağdakından xeyli çoxdur:

"Fransanın da onlara canı hamıdan çox yandığından elə həmən Marseli onlara ikinci bir dövlət yaratmaq üçün  niyə verməsin ki? Onda bir gülləylə iki quş vurarlar, bir tərəfdən hayları razı salar, digər tərəfdən isə Makronun dediyi "islam seperatizmi" təhlükəsindən qurtulmuş olarlar".