Politoloq: Müharibədə əldə edilmiş qələbə bizi arxayınlaşdırmamalıdır

"Ermənilərin məkirli, hiyləgər bir toplum olduğunu mütləq nəzərə almalı, beynəlxalq arenada siyasi və informasiya müstəvisində mübarizəmizi davam etdirməliyik"

“Ermənistanın terrorçu dövlət olması onun rəhbərlərinin həyat yoluna və fəaliyyət istiqamətlərinə diqqət yetirəndə də bir daha aydın olur. Ermənistan mətbuatına və erməni yazarlarının əsərlərinə istinad etdikdə görürük ki, keçmiş dövlət başçıları Robert Koçaryan və Serj Sarkisyan Dağlıq Qarabağda erməni millətçilərinin hərəkatına, habelə azərbaycanlılara qarşı qırğınlar törədən silahlı dəstələrə başçılıq ediblər. Birinci  Qarabağ müharibəsi müddətində qeyd olunan şəxslər tərəfindən həyata keçirilmiş sülh və insanlıq əleyhinə müharibə cinayətləri, terror və soyqırım aktları təkzibediməz faktlarla sübuta yetirilib”.

Bu sözləri “Şərq”ə açıqlamasında politoloq Ramid Hüseynov deyib. O qeyd edib ki, hər iki sabiq prezidentlər müasir bəşər tarixində insanlığa qarşı ən qanlı, dəhşətli faciə - Xocalı soyqırımını törədən qüvvələrə birbaşa komandanlıq edib, bu qüvvələri təşkilatlandıraraq yüzlərlə insanın ölüm əmrini veriblər. Bu tanınmış britaniyalı jurnalistin Xocalı soyqırımı haqqında nə düşünürsünüz sualına Sarkisyanın verdiyi cavabında da etiraf olunur:

“Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizim ilə zarafat eləmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil. Biz erməninin uşaqları doğraya bilmədiyi haqda stereotipi sındırdıq”.

R.Hüseynov vurğulayıb ki, təsadüfi deyil ki, II Qarabağ müharibəsində də hazırkı Ermənistanın hərbi-siyasi rəhbərliyi Gəncədə, Bərdədə həyata keçirdikləri terror və soyqırım aktları ilə bir daha ermənilərin insanlıq əleyhinə cinayətlər törətmək düşüncəsinə sadiq olduqlarını sübut etdilər:

“Yəni terrorçuluq ermənilərin genetik koduna əsaslanır. Deməli, müharibədə əldə edilmiş qələbə bizi arxayınlaşdırmamalıdır. Ermənilərin məkirli, hiyləgər bir toplum olduğunu mütləq nəzərə almalı, beynəlxalq arenada siyasi və informasiya müstəvisində mübarizəmizi davam etdirməliyik. Bunun üçün düşünülmüş, planlı formada Azərbaycan həqiqətlərini, ermənilərin terrorçu mahiyyətini dünyaya bəyan etmək, beynəlxalq ictimaiyyətin diqqətini buna yönəltmək vacibdir. Düşünürəm, azərbaycanlılara qarşı soyqırım və terror cinayətləri törətmiş ermənilərin beynəlxalq məsuliyyətə cəlb edilməsi, təzminat tələb olunması hərbi qələbəmizin siyasi və hüquqi müstəvidə daha da gücləndirməsinə kömək edə bilər. Bu həm də Ermənistanın iqtisadi çöküşündə, gələcək işğalçılıq niyyətlərinin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edəcək”.