Keçmiş model plastik əməliyyat etdirdi

Ötən gün türkiyəli model Demet Şener və həyat yoldaşı Cenk Küpeli obyektivlərə tuş gəlib.

Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, xəstəxanalardan birindən çıxarkən görüntülənən Demetin üzünə lazer əməliyyatı etdirdiyi məlum olub. Hazırda səhhəti yaxşı olan Şener bu haqda açıqlama verib.

“Əvvəldən həkimin qəbuluna yazıldım. Üzümdə kiçik lazer əməliyyatı etdirdim. Hazırda ağrılarım yoxdur. Ona görə də müalicəmi evdə davam etdirəcəm” -deyə o, bildirib.