Saçları ilə "Ginnesin Rekordlar Kitabı"na düşdü


Amerikalı Simon Uilyams "Ginnesin Rekordlar Kitabı"na düşüb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Bruklin bölgəsində yaşayan Simon afro saçlarının həciminin böyüklüyünə görə dünya rekordu qırıb. Bununla da "Ginnesin Rekordlar Kitabı"na daxil olub.

Onun saçlarının uzunluğu təxminən 20.5, həciminin ölçüsü isə 147 santimetrdir. 9 il ərzində saçlarını kəsdirməyən Uilyams onları qurutmaq üçün 6 saat vaxt sərf etdiyini bildirib.

Qeyd edək ki, rekordun Simondan əvvəlki sahibi Eyvin Duqas olub. Onun  saçlarının həciminin ölçüsü 132 santimetrdir.