Ermənistanda böhran ! – “Rusiya Manukyana “yaşıl işıq” yandırıb” - Vətəndaş müharibəsi !

“Vazgen Manukyan da “Qarabağ klanı”nın əli qanlı terrorçularından biridir”

 


"Yenidən keçmiş klan üzvlərinin arxasınca getmək intihardan başqa bir şey deyildir”



Ermənistanda daxili vəziyyət getdikcə pisləşməkdədir. Ermənistanın ilk prezidenti Levon Ter-Petosyan hakimiyyət uğrunda mübarizənin getdikcə böyüməsindən dərin narahatlığını bildirir. Bu barədə Ermənistan Milli Konqresinin sözçüsü Arman Musinyan “Facebook” səhifəsində yazıb. O, qeyd edib ki, bu, münaqişə tərəflərinin iradəsinə zidd olaraq, təsadüfən şiddət və ya təxribat yolu ilə vətəndaş müharibəsinə səbəb ola bilər: “Ter-Petrosyan hesab edir ki, mövcud prosesin belə davam etməsi yalnız Qarabağın deyil, həm də Ermənistan dövlətçiliyinin sonu olacaq. Eyni zamanda, ilk prezident ümid edir ki, N. Paşinyan və bu təhlükənin tam fərqində olan Vazgen Manukyan hadisələrin gedişatından çəkinmək üçün hər cür səy göstərəcək”.



 
Siyasi analitik Rusif Məmmədsoy “Sherg.az”a açıqlamasında bu durumu təhlil edib: 

“Nikol Paşinyan Levon Ter-Petrosyanın tələbəsi olub. Onun yetirməsidir. Paşinyanın son açıqlamasından sonra Serj Sarkisyan, Robert Köçəryanla yanaşı Ter - Petrosyan da Paşinyana qarşı çıxanlar sırasında oldu. Lakin bunun üzdə belə olduğunu düşünürəm. Hesab edirəm ki, Petrosyanla Paşinyan arasında bu və ya digər mənada anlaşma olub. Xüsusilə də Petrosyanın köməkçisi Liparityanın son açıqlamaları məni bunu düşünməyə vadar edir. O, deyib:  

" Əziz xalqım, xahiş edirəm müxalifətin mitinqlərinə, aksiyalara qoşulmayın. Bu bizi məhvə, vətəndaş müharibəsinə aparır ".  O zaman Petrosyanın işi yarımçıq qalmışdı. Belə ki, Petrosyan başa düşürdü ki, bu proseslərin sonu Ermənistanı məhvə aparır. Bu səbəbdən də Azərbaycanla anlaşma ərəfəsində Ermənistan parlamenti gülləbaran edildi.

Anlaşma alınmadı. Bunu edən də məhz Koçaryan və Serj Sarkisyan cütlüyü idi. Onların namizədi, ümumilikdə müxalifətin namizədi Vazgen Manukyan da həmin klanın əli qanlı terrorçularından biridir. Manukyan son açıqlamasında deyib ki, Türkiyə ilə sərhədlərin açılması müzakirə mövzusu belə ola bilməz.

Türklərə qarşı vahid cəbhədə birləşməliyik. Bu onun xislətindən xəbər verir. Əsas məsələ erməni cəmiyyəti bunu qəbul edəcəkmi ? Onların "əl işlərinin" nəticəsidir ki, hazırda erməni cəmiyyəti də bundan əziyyət çəkir. Qarabağda münaqişə bitib. Bundan sonra hər hansı təxribata cəhd etmək birmənalı olaraq intihara cəhd olacaq. Bəs keçmiş Qarabag klanı nə istəyir ? Manukyanın bir cümləsi də diqqətdə saxlanılmalıdır. O, deyib ki, Türkiyəyə qarşı vahid cəbhədə birləşməliyik. Keçmiş müttəfiqlərlə münasibətləri düzəltməliyik.  Keçmiş müttəfiq deyəndə Rusiyanı nəzərdə tutur.

Paşinyan dövründə Rusiya ilə münasibətlər pisləşdi. Rus təsiri müəyyən mənada azaldı. Qərbə meyil gücləndi. Lakin, nəticə ortadadır. Ancaq erməni cəmiyyəti yaxşı başa düşür ki, bu tramplini keçmək məcburiyyətində idi. Bundan sonra yenidən keçmiş “Qarabağ klanı” üzvlərinə inanmaq onların arxasınca getmək intihardan başqa bir şey deyildir”.

R.Məmmədsoy hadisələrin bundan sonrakı inkişafı barədə də danışıb:

 “Məsələnin digər maraqlı tərəfi-  kimsəyə sirr deyil ki, Rusiya məhz Vazgen Manukyana “yaşıl işıq” yandırıb. Lakin indiki məqamda hər hansı çaxnaşma da arzulamır. Bu Qarabağda Rusiyanın nüfuzuna ciddi təsir göstərər.

Lakin, Manukyanın Türkiyəyə qarşı bu qədər radikal danışmasından, cəmiyyəti buna kökləməsindən Rusiya narahat deyilmi? Təbii ki, Manukyanın bu açıqlamaları bizim üçün bir şey ifadə etmir. Ancaq istənilən halda Rusiya yaşıl işıq yandırıbsa, buna niyə icazə versin?

Manukyan bununla tərəfdaşlarının sayını artırmağa çalışır. Ermənistan tərəfi rəsmi açıqlamalarda bildirir ki, ən azı 5000 canlı qüvvə itkisi var. Onların yaxınlarını ətrafında toplamaq istəyir. Ümumilikdə bizə türklər deyirlər.

Savaş zamanı ölən ermənilərin ailələri və yaxınları da hazırda çox güman ki, bizə nifrət bəsləyirlər. Bəli, Manukyan da məhz bundan qidalanmaq fikrindədir.  Petrosyan da qisasını almış oldu,  desək, yəqin ki, yanılmarıq".