“YAŞAT” yaşadacaq ! 

“Qısa zamanda şəhid ailələrinə, qazilərimizə qayğının bariz nümunəsini görəcəyik”

Vətən müharibəsi qələbəmizlə başa çatdıqdan sonra dövlət tərəfindən bir sıra mühüm işlər görülüb. Qazilərə və şəhid ailələrinə qayğı hər zaman diqqət mərkəzində saxlanılıb. Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəsək fondunun (“YAŞAT” Fondu) yaradılması  haqqında Fərman imzalayıb. 

Qeyd edək ki, Fond şəhid ailələrinin və qazilərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılır.



Dövlətin təşəbbüsü ilə bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Fuad İbrahimov mövzu ilə bağlı bunları söyləyib:

“Bu qəbildən olan fondların qurulması, tədbirlərin həyata keçirilməsi günün tələbinə cavab verir. Şübhəsiz ki, cənab Prerzident bunu edəcəkdi və etdi. Belə proseslər dünya təcrübəsində də var.

Yəni müharibə baş verərsə, fövqəladə vəziyyət yaranarsa, hökümətin bu sahəyə diqqəti mübahisə preqmentinə çevrilə bilməz.

Hesab edirəm ki, Fonddan istifadə qaydaları, icra mexanizmi  ictimaiyətə təqdim ediləcək.  Sonra qısa zamanda şəhid ailələrinə, qazilərimizə qayğının bariz nümunəsini görəcəyik. Əlbəttə təqdirəlayiqdir. İctimaiyətdə də bu məsələ ilə bağlı vətəndaşlarımız aktiv olacaqlar. Onlara qayğı, diqqət göstərmək hər birimizin vətəndaş borcudur”.