Ermənilərin Putinə “zəng sindromu” !- “Sərhəddən nəsə qoparmağa çalışırlar”

“Buna imkan verə bilmərik”

“Bir dəfə güzəştə gedib Rusiya sülhməramlılarının bölgədə yerləşməsinə razılıq verdik”

“Amma sərhəd məsələsinə üçüncü dövlətin qarışmasına imkan verməməliyik”


Ermənistanın hakimiyyət nümayəndələri özlərini alçaltmaqdan – hər məsələyə görə Moskvaya yalvarmaqdan yorulmadılar. Baş nazir Nikol Paşinyan müharibə günlərində Rusiya prezidenti Vladimir Putini telefon zəngləri ilə bezdirmişdi. İndi də Ermənistan prezidenti Armen Sarkisyan növbəyə dayanıb. Sarkisyan bu gün Putinə məktub göndərib. Deyəsən, ermənilər məhz “zəng sindromu”nun banisi kimi tarixə düşəcəklər...

 “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu sözügedən cəhdləri “Sherg.az”a təhlil edib:

“Sarkisyan Putinin Ermənistanla Azərbaycan arasında sərhədin müəyyənləşməsində yardım etməsini istəyir. Sarksiyan məktubunda müharibənin dayandırılmasına görə Putinə bir daha minnətdar olduğunu yazaraq sərhəd məsələsini də toxunub:

“Təəssüf ki, Ermənistanla Azərbaycan arasında sərhədin müəyyənləşməsində təhlükə yaradacaq mübahisələr yaranıb.

Yeni gərginlik ocağının yaranmaması məqsədilə Sizin köməyinizə ehtiyacımız var”. Bir dəfə güzəştə gedib Rusiya sülhməramlılarının bölgədə yerləşməsinə razılıq verdik. Amma sərhəd məsələsinə üçüncü dövlətin qarışmasına imkan verməməliyik. Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarını itirdilər, indi də sərhəddən nəsə qoparmağa çalışırlar. Buna imkan verə bilmərik”.